Amerikalı aktrisa Keti Qriffin prezident Donald Trampdan üzr istəyib.

Unikal.org xəbər verir ki, komediya aktrisası Trampın "kəsilmiş başını əlində tutaraq şəkil çəkdirərək sosial şəbəkədə paylaşmışdı. 

Sosial şəbəkə izləyiciləri bu addımına görə aktrisanı qınayıblar. Bu səbəbdən 56 yaşlı Qriffin hamıdan üzr istəyib:

"Yalnız indi insanların bu şəklə reaksiyasını görmüşəm. Mən komediya aktrisasıyam və boynuma alıram ki, çox irəliyə getdim. Üzr istəyirəm. İndi başa düşürəm ki, insanları necə incitmişəm. Karyeramda bir çox səhvə yol vermişəm, amma bu ən böyüyü idi. Düzgün hərəkət etmədim.