Aparıcısı Murad Dadaşov olan "Maşın şouda bu dəfə də maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki,  meyxanaçı Üzeyir maşından əlini çəkərək verilişdən ayrılıb. Buna səbəb nahar vaxtı rəqqasə Oksana Rəsulova ilə aralarında baş vermiş mübahisə olub.

Meyxanaçı səsini efir vaxtı qaldırdığı üçün hər kəsdən üzür istəyib. O, "Maşına yalnız oyun oynamağa gəldiyini söyləyib:

"Düşünürdüm, burada yalnız oyun olacaq, amma şəxsi münasibətləri qarışdıranlar var. Odur ki, ikinci dəfə belə bir halın baş verməməsi üçün gedirəm.axşam.az