SSRİ Xalq artisti, rusiyalı ulduz Alla Puqaçovanın nəvəsi, müğənni Kristina Orbakaytenin oğlu Nikita Presnyakov nişanlısı Alena Krasnova ilə ailə həyatı qurmağa hazırlaşır. Cütlüyün toyu iyunun 27-də məşhur hotellərdən birində baş tutacaq.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, A.Krasnova mərasimdə iki fərqli gəlinlik libası geyinəcək.

Nəvəsinin xoş günü münasibətilə A.Puqaçova N.Presnyakova 60 milyon dollar dəyərində ev hədiyyə edib.

Alla Puqaçova və Kristina Orbakayte

Nikita Presnyakov və Alena Krasnova