"Eurovision 2017 mahnı müsabiqəsinin final şousu zamanı insident baş verib.

Unikal.org bildirir ki, "APA Holdinqin Kiyevə ezam olunmuş müxbirinin məlumatına görə, finalçıların ifasından sonra səsvermə zamanı "Eurovision 2016-nın qalibi Camala çıxış edib. Bu zaman naməlum şəxs Avstraliya bayrağı ilə səhnəyə qalxaraq, Camalanın qarşısında şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal xuliqanı səhnədən uzaqlaşdırıblar. Camala insidentdə fikir verməyərək ifasını davam etdirib.