"Kim məni tənqid edir? Məni tənqid etmirlər, məni sosial şəbəkədə müzakirə edirlər".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə big.az-a açıqlamasında deyib. İfaçı onu sosial şəbəkədə müzakirə olunmasına bir o qədər də önəm vermədiyini bildirib.

Müğənni son zamanlar yeni maşını ilə çəkilmiş videosundan da söz açıb. O, 100 min manat qiyməti olduğu deyilən avtomobili barədə danışmaqdan imtina etdi:

"Qiymət barəsində heç bir söz deməyəcəm. Bu barədə məndən çox soruşular. O videonu reklam üçün qoymamışam. Sadəcə dostumun maşın salonu idi, o istədi deyə, belə etdim. Mən maşınla reklam olunmaq istəmirəm".