Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017 beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Unikal.org xəbər verir ki, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.

Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.

Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.

"Eurovision-2017"də Azərbaycanı Diana Hacıyeva təmsil edəcək. Təmsilçimiz "Skeletons" mahnısını ifa edəcək. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır.