Nazirlik: "Özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarının qiymətləndirilməsi aparılıb

Ölkə başçısı İlham Əliyevin ötən ilin aprel ayının 7-də verdiyi sərəncamın icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təminatı işləri bu gün də davam etdirilir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, nazirlik tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə aktivlər alınıb verilib: "Son hesablamalara görə, Tərtər rayonu üzrə 18 nəfər, Laçın rayonu üzrə 12 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, Ağcabədi rayonu üzrə 15 nəfər, Beyləqan üzrə rayonu 14 nəfər, Xocavənd rayonu üzrə 10 nəfər, Bərdə rayonu üzrə 21 nəfər, Qəbələ rayonu üzrə 14 nəfər, Ağdam rayonu üzrə 32 nəfər, İsmayıllı rayonu üzrə 13 nəfər, Göyçay rayonu üzrə 11 nəfər, Ağsu rayonu üzrə 5 nəfər aktivlərlə təmin olunub. Həmçinin Yevlax rayonu üzrə 15 nəfərin, Füzuli rayonu üzrə 20 nəfərin Cəbrayıl rayonu üzrə 12 nəfərin, Saatlı rayonu üzrə 8 nəfərin, Biləsuvar rayonu üzrə 9 nəfərin, Şirvan şəhəri üzrə 12 nəfərin, Lerik rayonu üzrə 7 nəfərin, Yardımlı rayonu üzrə 5 nəfərin, Neftçala rayonu üzrə 8 nəfərin ailə bizneslərini qurmaları üçün mal və materiallarla təminatı həyata keçirilib.Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin mal və materialların alınıb verilməsi işlərini davam etdirir. Yaxın bir neçə gündə daha 120 nəfərdən çox şəxsə mal və materiallar təqdim olunacaq. Ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə bizneslərini qurmalarına imkan yaradacaq proqramın icrası işlərinin yaxın aylar ərzində tam başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunanlar 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardır. Onlardan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların biznes-planlarının qiymətləndirilməsi zamanı həmin biznes-planlardan 80 faizi müsbət dəyərləndirilib.Uğurlu biznes-planların reallaşdırılması yolu ilə qeyd olunan şəxslərin ailə təsərrüfatlarını qurmaları, beləliklə, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması üçün onların mal və materiallarla təminatı həyata keçirilir.
Nazirlikdən bildirdilər ki, özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarının qiymətləndirilməsi də aparılıb. İndiyədək üç dəfə belə qiymətləndirmə işləri aparılıb: "Özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarının qiymətləndirilməsi məqsədilə 2-3 noyabr və 10-11 noyabr 2016-cı il tarixlərdə keçirilmiş müdafiə prosesinin nəticələri açıqlanıb. Beyləqan rayonundan 18 şəxsdən 14-də nəticə müsbət olub. Onların demək olar ki, hamısının iqtisadi fəaliyyət sahəsi kənd təsərrüfatı olub. Biznes ideya əsasən kökəltmə iri buynuzlu heyvandarlıq, damazlıq xırda buynuzlu heyvandarlıq, südlük iri buynuzlu heyvandarlıq, kökəltmə xırda buynuzlu heyvandarlıqdan ibarət olub. Həmin dövrdə Ağcabədi rayonu üzrə keçirilmiş müdafiə prosesinin nəticələri isə belədir. Bu rayonda 17 şəxsdən 14-də nəticə müsbət olub. Onlardan bəzilərinin iqtisadi fəaliyyət sahəsi kənd təsərüfatı, az qismininki isə xidmət sahəsi olub. Həmin dövrdə özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşlar arasında Salyan sakinləri də olub. 2-3 noyabr və 10-11 noyabr 2016-cı il tarixlərdə keçirilmiş müdafiə prosesin 26 Salyan sakini iştirak edib. Onlardan 20-nin qiymətləndirilməsi müsbət olub. Həmin dövrdə özünüməşğulluğun təmin edilməsi proqramında Hacıqabul, Tərtər, Xocavənd, Laçın, Bərdə, Ağdam, Şirvan, Neftçala, Yevlax, Fizuli, Cəbrayıl, Biləsuvar, Sabirabad sakinləri də iştirak edib.Özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarının qiymətləndirilməsinin növbəti mərhələləri 24-25 noyabr 2016-cı il tarixlərdə keçirilmiş müdafiə prosesinin nəticələridir.Bu mərhələdə 22 Göyçay sakini iştirak edib. Onların biznes ideyaları kənd təssərüfatı təyinatlı olub. Biznes ideyalara kökəltmə, qadın bərbəri, əkinçilik, arıçılıq, südçülük, şirniyyat məmulatları, komputer, qoyunçuluq, südçülüyün inkişafı daxildir. Kürdəmir rayonundan isə özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarına əsasən qoyunçuluq, dülgər, ətlik maldarlıq, avtoyuma daxildir. Lerikdən isə əsasən ideyalar kənd təsərrüfat təyinatlı olub. Astaradan isə 17 sakin bu proqrama qatılıb. Masallıdan proqrama qatılan 34 sakinin mütləq əksəriyyəti kənd təsərrüfatı ilə bağlı ideya verib. Həmin ideyalardan 30-u müsbət qiymətləndirilib.İkinci mərhələdə Mingəçevir, Yardımlı, Saatlı da qatılıb. İdeyalar südlük heyvandarlıq, təkər təmiri, lavaş, ərişdə və xəngəl istehsalı, qoyunçuluqla bağlı olub. İdeyaların çoxu müsbət qiymətləndirilib. Özünüməşğulluğun təmin edilməsi proqramında iştirak üçün müraciət etmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarının qiymətləndirilməsi məqsədilə 1-2 dekabr 2016-cı il tarixlərdə keçirilmiş müdafiə prosesinin nəticələrinə görə isə, bu proqrama 7 rayondan sakinlər qatılıb. Ağsu rayonundan proqrama 13 sakin qatılıb. Onlardan 7 ideya kənd təsərrfatına aid, digərləri isə xidmət və istehsal sahələri ilə bağlı olub. Qəbələdən 19 sakinin iştirak etdiyi proqramın 16-sının ideyası müsbət qəbul olunub. Proqramda iştirak edən İsmayıllı sakinlərinin ideyası isə, örtülü tərəvəz, qoyunçuluq, südçülük və istehsalla bağlı olub. Proqrama qatılan Ağdaş sakinlərinin 18-nin müraciəti isə müsbət dəyərləndirilib. Yevlaxdan olan ideyalar arasında müsbət dəyərləndirilənləri avtonəqliyyat vasitələrinin şinlərinin və disklərinin təmiri və satışı, mürəbbə istehsalı, avto və xalça yuma, makaron istehsalı,quşçuluq, südçülük də var. Bu ideyaların mütləq əksəriyyətində müsbət nəticə əldə edilib. Həmin dövrdə özünüməşğulluğun təmin edilməsi proqramına Cəlilabad, Lənkəran sakinləri də müraciət edib. İdeyalar çörək və tort istehsalı, inkubator quşçuluq, gözəllik salonu, seyf qapı istehsalı, balıqçılıq,qaynaq sexi, moda evi, çayxana, dərzi, komputer oyunları, kopya çap xidmətləri, kompyuter kursları ilə bağlı olub. Layihələrin mütləq əksəriyyəti müsbət dəyərləndirilib.
Qeyd edək ki, geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik olan ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir.Belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına və digər əhəmiyyətli nəticələrə imkan yarada bilər. Artıq dövlətimiz belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verib. Bu məqsədlə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 6 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına 2016-cı ildə ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması nəzərdə tutulur. Növbəti ildə isə daha çox ailənin özünüməşğulluq proqramlarına cəlb olunması proqnozlaşdırılır.
Mələk Eyvazlı