Abşeron rayonu, Xırdalan şəhərində "Kristal Abşeron MTK-dan oğurluq edilib.

Unikal.org "Reporta bistinadən xəbər verir ki, naməlum şəxs MTK-nın 10 min metr uzunluğunda internet xətlərinin çəkilməsi üçün nəzərdə tutulan optik kabellərini oğurlayib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlaqda şübhəli bilinən İlkin Şahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.