Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı tennisçi Mariya Şarapova ilə əməkdaşlığını sonlandırıb.  
 
Buna səbəb Şarapovanın qanında dopinq çıxmağı olub. Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.  "BMT Mariya Şatapovaya işimizdə göstərdiyi dəstəyə görə, xüsusilə də Çernobıl qəzası nəticəsində yaranmış problemlərə qarşı aktiv mübarizəsinə görə əvvəlki kimi ona minnətdardır. Bununla yanaşı, biz Şarapovanın sonuncu etirafından sonra onunla xoşməramlı səfir fəaliyyətinə araşdırmalar bitənə qədər xitam vermək barədə qərar qəbul etmişik", - deyə BMT-nin məlumatında bildirilib.  Xatırladaq ki, M.Şarapovnın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb. Bu barədə Şarapova martın 7-də keçirdiyi mətbuat konfransında bildirib.  O, dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: "Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm", - deyə o əlavə edib.  Meldoniy preparatı 2016-cı il yanvarın 1-dən qadağa edilib.  Qeyd edək ki, M.Şarapova yanvarın 26-da "Australian Open"in ¼ finalında Serene Uilyamsa uduzandan sonra oyunlara qatılmayıb.  Milli.Az