Mingəçevirdə mənzildə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 53 m² olan 4 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin bir otağı və dəhlizin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.