Azərbaycandan ticarət etmək üçün Rusiyanın Arxangelsk şəhərinə gedən şəxsin furqon avtomobili yandırılıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 04:00 radələrində şəhərin Lomonosov prospektində, mərkəzi bazar yaxınlığında baş verib.

Hadisə yerində aparılan müayinə zamanı məlum olub ki, "Ford Tranzitin sağ şüşəsi sındırılıb, yanğın salonun ön hissəsində baş verib. Alov yaxınlıqdakı "Nissan Qashqaiyə də keçib. "Forda ciddi ziyan dəyib.