Rusiyanın İsveçrədəki səfirliyi İsveçrəyə məxsus qırıcı təyyarənin "Rossiya xüsusi uçuş qrupunun təyyarəsinə yaxınlaşdığına görə bu ölkənin Federal Xarici İşlər Departamentinə etiraz notası verib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, səfirlik insidentlə bağlı təəccüb ifadə edib və məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məlumata görə, təyyarənin İsveçrə üzərindən uçuşuna əvvəlcədən razılıq alınmışdı.

Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.

Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistləri olub.