Türkiyənin Əskişəhər şəhərində FETÖ-ylə əlaqəsi olduğu iddia edilərək aylar öncə bağlanıb Təhsil Nazirliyinə təhvil verilən bir məktəbin direktorunun otağında, lampaların içərisində 2 ədəd gizli kamera tapılıb.

Unikal.org bildirir ki, 100 şagirdi olan məktəbdə təmizlik işləri zamanı xadimələr lampaların üstündə kiçik bir dəliyin olduğunu hiss ediblər.

Bu barədə onlar aidiyyəti qurumlara xəbər verib. Məktəbə gəlib araşdırma aparan polislər, lampaların içərisinə yerləşdirilmiş 2 ədəd kameranın olduğunu görüblər.

Kiçik bir sahəyə bu sistemin yerləşdirilməsi isə görənləri çaşbaş salıb

Polislər olayla bağlı araşdırmalarını davam etdirirlər.(milli.az)

BİABIRÇILIQ! Direktorun otağında gizli kamera aşkar edildi - FOTOLAR
BİABIRÇILIQ! Direktorun otağında gizli kamera aşkar edildi - FOTOLAR
BİABIRÇILIQ! Direktorun otağında gizli kamera aşkar edildi - FOTOLAR