Zülfüqar Əli Bhuttonun ailəsində anadan olmuşdu, Şərqin "Dəmir ledisi. Ailədə böyük uşaq idi. Zülfüqar qızını Avropa üslubunda tərbiyə edirdi: Benazir 12 yaşına qədəm qoyanda, müsəlman aləmində qəbul olunan qaydalardan fərqli olaraq çadra geyinmədi.

Unikal.org lent.az-a istinadən Benazir Bhuttonun həyat hekayəsini təqdim edir:

"12 yaşımda anam başıma çadra örtdürəndə atam etiraz etdi ki, qoy qız böyüsün, üzü açıq və ya bağlı gəzmək qərarını özü versin. İslam qadınlara həyatlarını fikirləşdikləri kimi qurmağa icazə verir. Ondan sonra mən çadra örtmədim.

Amma bununla belə qətlə yetiriləndə, 2007-ci ilin 27 dekabrında ona xəbərdarlıq etmişdilər: Radikal islamçı təşkilatlardan biri sənə terror hazırlayıb. Cavabı belə olmuşdu: "Müsəlman olan kəs qadına əl qaldırmaz.

İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto, 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı.

1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Benazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olur.

Azərbaycanı çox sevirmiş, bütün Pakistan liderləri kimi.

Ölkəmizin Pakistandakı sabiq səfiri Daşqın Şikarovun dediklərindən:

"Təəssüflər olsun ki, onunla görüşmək mənə nəsib olmayıb. Amma onun həyat yoldaşı Asif Ali Zerdari Pakistanın prezidenti olduğu zaman bir neçə dəfə görüşmüşəm. Hətta 2012-ci ildə Asif Ali Zerdarinin Azərbaycana səfəri zamanı onu müşayiət etmişəm. Bundan əlavə, Benazir Bhuttonun oglu, Pakistan Xalq Partiyasının həmsədri Balavar Buhutto ile dəfələrlə görüşlərimiz olub.

Səfirin dediyinə görə, xanım Bhutto Azərbaycan-Pakistan münasibətlərin əsaslarını quran siyasətçilərdən olub. Məhz Heydər Əliyevin 1996-cı ildə Pakistana səfəri zamanı Bhutto ilə keçirilmiş görüşdən sonra ölkələrimiz arasında münasibətlərin əsası qoyulub. Həmin tarixi səfər zamanı iki ölkə arasında hüquq - müqavilə bazasının əsasını təşkil edən bir sıra önəmli sənədlər imzalanmışdır.

"Bhutto daim Azərbaycana xüsusi münasibət bəsləmiş, ölkəmizin ədalətli mövqeyini dəstəkləmişdi. Pakistanın Baş naziri olduğu dövrdə Pakistan Azərbaycana mənəvi dəstək verməklə yanaşı, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlara bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdi. Həmin yardım tibbi ləvazimatlar, qida məhsulları və geyim əşyalardan ibarət olmuşdu.

Benazir Bhuttonun atası Zülfüqar Əli Bhuttonun yaratdığı Xalq Partiyasının hakimiyyətdə olduğu dövrdə Pakistanda irimiqyaslı humanitar layihələri həyata keçirtdiyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Şəhid Benazir Bhutto adına mükafatı verilmişdi. Sözügedən mükafat B.Bhuttonun həyat yoldaşı, Pakistanın sabiq Prezidenti Z.Ə. Zerdari tərəfindən təqdim olunmuşdu.

Bəs xanım Bhuttonu niyə xatırladıq? Hə, bu da təsadüfi deyil. Məhz bu gün o, adını İslam tarixinə yazdırdığı gündür. İslam aləmində baş nazir seçilən ilk qadın kimi...