Pakistanın paytaxtı İslamabadda İŞİD terror təşkilatının komandirlərindən biri öldürülüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Terrorla Mübarizə İdarəsi əməliyyatı Marri bölgəsində həyata keçirib. Əməliyyat zamanı Ehsan Sattayi ölüb.
Digər iki İŞİD fəalı qaçaraq gizlənib.