ABŞ prezidenti Barak Obama və Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması barədə razılığa gəliblər.

Unikal.org apa-ya istinadən bildirir ki,Berlində keçirilən görüşdə müttəfiqlər qərara alıb ki, Rusiya Minsk razılaşmalarının öz üzərinə düşən hissəsini yerinə yetirənədək sanksiyalar qüvvədə qalmalıdır.

Görüşdə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın baş nazirləri -Angela Merkel, Tereza Mey, Matteo Renzi, Mariano Rahoy, eləcə də Fransa prezidentiFransua Ollandiştirak ediblər.

Qeyd edək ki, səlahiyyət müddəti başa çatmaqda olan Barak Obama sonuncu dəfə Avropaya səfərə çıxıb.