Paytaxtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Heydər Əliyev adına Bakı Hava Limanı istiqamətindəki sərgi kompleksinin qarşısında 160 saylı sərnişin avtobusu ilə "JEEP" markalı maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əraziyə 5 təcili yardım briqadası göndərilib. Onlar yaralıların hamısına yerindəcə yardım göstərib, vəziyyəti nisbətən ağır olanları 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıblar:

"Son məlumata görə, 5 nəfər xəstəxanaya yerləşdirilib. Onlarının 3-nün vəziyyəti ağırdır, 2 nəfər isə nisbətən yaxşıdır.Hadisə nəticəsində ölən olmayıb".

Qeyd edək ki, bu, son bir ayda paytaxtda baş verən 4-cü avtobus qəzasıdır.

 

****

 

Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində azı 16 nəfər xəsarət alıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə 5 həkim briqadası gedib: "21 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır".

Hadisə zamanı ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.