Hollandiyalı Niki Liberto tikintidə çalışdığı zaman özü də bilmədən ulduza çevrilib.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, yoldan keçənlərdən biri Amsterdamda işləyən gənc fəhlənin fotosunu çəkərək sosial mediada paylaşıb. Bundan sonra Nikinin fanat küttləsi yaranıb. Onlar bu oğlanın kimliyi ilə maraqlanıblar. Qısa zamanda fenomenə çevrilən N.Libertonu görmək üçün qızlar yollarını həmin küçədən salaraq onunla foto çəkdirməyə başlayıblar. 

Məşhur modellərlə işləyən "Elite" agentliyi isə Nikiyə əməkdaşlıq təklif edib. Onlarla müqavilə bağlayan Niki hər ehtimal üçün hələ fəhləlik etməyə davam edir.





Gənc fəhlə bir anda məşhur oldu - fotolar