Bu gecə Türkiyə polisi Van şəhər Bələdiyyəsində əməliyyat keçirib. 

Unikal.org-un Türkiyə mediasına istinadən məlumatına görə, bələdiyyə sədri Bəkir Kaya və 4 bələdiyyə üzvü antiterror istintaqı çərçivəsində saxlanılıb.

Saxlanılan şəxslərin evlərində və bələdiyyə binasında axtarışların davam etdiyi bildirilir.

Qeyd edək ki, Bəkir Kaya 2012-ci ildə "terror təşkilatına üzvlük ittihamı ilə həbs olunmuş və 4 yanvar 2016-cı il tarixdə barəsində 15 il azadlıqdan məhrum etmə hokmü çıxarılmışdı.