Türkiyədə anasını 243 yerindən bıçaqlayıb öldürən qatilə həbs cəzası verilməyib.

Unikal.org "Haberler"ə istinadla xəbər verir ki, cinayət 19 yanvarda törədilib. Bursada 29 yaşlı Selçuk Bakıryapan 67 yaşlı anası Muazez Bakıryapanı 243 yerindən bıçaqlayaraq öldürüb.

Onun məhkəməsi baş tutub. Məhkəməyə təqdim edilən arayışla sübut edilib ki, o, şizofreniyadan əziyyət çəkir. Buna görə dəona həbs cəzası verilməyib. Qatil psixatriya xəstəxanasına göndərilib, müalicə edilir.

Qeyd edək ki, Selçuk ifadəsində: "Anam üstümə qışqırdı, əsəbləşib bıçaqladım", - demişdi.