Suriyada İŞİD liderlərindən biri məhv edilib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Con Dorrian bəyan edib.

"Noyabrın 12-də Suriyanın Rakka şəhərində endirilən hava zərbəsi nəticəsində İŞİD terror təşkilatının Yaxın Şərq şəbəkəsinin əmiri, İraq vətəndaşı Abdal Bəsit əl-İraqi məhv edilib, deyə C.Dorrian bildirib.