Amerikanın "People" jurnalı hər il olduğu kimi bu il də ilin ən seksual kişisini seçib.

Unikal.org-un məlumatına görə, bu il seksual kişi adına 44 yaşlı aktyor Dueyn Conson layiq görülüb. O, özü də seçimdən xəbərsiz olduğunu bildirib. "Əla! Deyəsən, mən artıq istəyimə çatıram. Bundan sonra nə olacağını bilmirəm", - deyə Conson vurğulayıb.

Aktyor ekranlarda heç vaxt seksual görünməyə çalışmadığını, lakin həmişə dərisinin qeydinə qaldığını söyləyib.

"Hamımızın cəmi bir siması var. Odur ki, onu qorumaq, qayğısına qalmaq mütləqdir", - deyə aktyor qeyd edib.

İlin ən seksual kişisi seçildi - fotolar

Картинки по запросу duen johnson
Картинки по запросу duen johnson
Картинки по запросу duen johnson
Картинки по запросу царь скорпионов 1
Картинки по запросу duen johnson