ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş həyat yoldaşı 67 yaşlı İvana Tramp media qarşısına çıxıb.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, çex əsilli İvana ABŞ-ın Çexiyadakı səfiri olmaq istəyini bildirib:

"Çex əsilliyəm və dilini də bilirəm. Hamı məni tanıyır. 3 kitab yazdım və kitablarım 40 ölkədə 25 dilə tərcümə olundu".

Qadın Trampın prezidentlik maaşından vaz keçməsinə də münasibət bildirib: "O, prezidentlik maaşı ilə yanaşı, prezident təyyarəsindən də vaz keçə bilər".