Ukrayna prezidenti Pyot Poroşenko Maydan fəallarına qarşı cinayətlərlə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.

Unikal.org-un"UNİANa istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş Prokurorluğu Xüsusi Araşdırmalar Departamentinin rəhbəri Sergey Qorbatyuk bildirib.

"Prezident noyabrın 29-na çağırılıb. Onun ifadə verməsinə dair prinsipial razılıq var, lakin dindirilmə iki dəfə təxirə salınıb. Bu üçüncü dəfədir, - deyə Qorbatyuk bildirib.