Türkiyədəki hadisə eşidənləri dəhşətə gətirib.

Unikal.org xəbər verir ki, Tekirdağda yaşayan ailədə qaynana ilə gəlinin yola getməməsi bədbəxt hadisəylə nəticələnib.

Əri məmur olan 31 yaşlı Nursel Demir bir müddət əvvəl boşanan qaynanasını 5 yaşlı oğluna baxmağa kömək məqsədiylə evlərinə dəvət edib. Ancaq tezliklə gəlin-qaynana münasibətlərində gərginlik yaranıb. Gərginliyin artdığını görən gəlin qaynanasından evi tərk etməsini istəyib. Küskün qaynana isə səhər tezdən duraraq Nurselin otağına daxil olub və yuxuda olan gəlinin üzünə və bədəninə dağ olmuş yağ töküb. Qışqıraraq yuxudan ayılan gəlin yardım istəyib.

Dərhal xəstəxanaya yerləşdirilən Nursel Demirə 2-ci dərəcəli yanıq diqanozu qoyulub. Qaynana isə polis şöbəsinə aparıldıqdan sonra müvəqqəti sərbəst buraxılıb.publika.az