"Google, bundan sonra reallığı əks etdirməyən xəbərlər paylaşan saytları reklam şəbəkəsindən uzaqlaşdıracağını açıqladı.

"Google, artıq klik almaq və reklam gəlirlərini artırmaq üçün yalan xəbər yazan saytları reklam şəbəkəsindən çıxardacağını açıqladı. Xüsusilə Facebookda qarşımıza çıxan "şok,şok,şok! tərzli xəbərlərlə gəlir əldə edən xəbər saytlarının kökünün qurudulmasına istiqamətlənmiş bu açıqlama, əslində zamanlama olaraq da olduqca maraqlı vaxta təsadüf etdi. Beləki ABŞ-da bu aralar Trumpın prezident seçilməsində, Facebookda paylaşılan yalan xəbərlərin təsirinin olduğu dildən-dilə dolaşır. Baxmayaraqki Zuckerberg, bu düşüncəni "ağılsızca olaraq adlandıraraq Facebookun xidmətlərinin kiçimsənməsinə çalışıldığını iddia etmişdi.

Unikal.org bildirir ki, "Google, pornoqrafiya, şiddət və nifrət əsaslı hərəkətlərdən ibarət saytları daxil etmədiyi AdSense-dən, bundan sonra yalan xəbər yazan saytların da uzaq tutulacağını açıqlayır. Bunu "günahı olmayan saytların təsirlənməməsi üçün mərhələ-mərhələ reallaşdırılacağını açıqlayan "Google, insanların səhv yönləndirilməsinin əxlaqi olaraq da qəbul edilə bilməz olduğunu ifadə edib.