Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi məsələsini müzakirə ediblər.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, Putin Medvedevə təhqiqatın dəqiq aparılması üçün tapşırıq verib.

Qeyd edək ki, nazirə qarşı korrupsiya ittihamı irəli sürülüb: "O, "Başneft"in səhmlərinin 50 faizinin "Rosneft" şirkətinə verilməsi üçün 2 milyon dollar rüşvət almaqda ittiham olunur".