Əli Əliyev: "Hesab edirəm ki, o, müvəffəq siyasi nəticəyə Ukraynada da sahiblənəcək

Ramil Məmmədli: "Onun yaradacağı partiyanın elektoratı isə bütün Ukraynanı əhatə edə bilməz

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili "Xvılya ("Dalğa) adlı yeni partiya yaradaraq, parlamentə növbədənkənar seçkilər uğrunda mübarizə aparmağa hazırlaşır.Xvılya növbədənkənar seçkilərin keçirilməsindən asılı olaraq, yaradıla bilər, - deyə M.Saakaşvili vurğulayıb. Onun sözlərinə görə, bir müddət əvvəl ölkə prezidenti Petro Poroşenkoya bu barədə təkliflə müraciət edib: "Biz parlamentə seçkilər keçirməklə hökumətin tərkibini 90 faiz yeniləyə bilərdik. Ancaq bu ilin aprelində Arsen Avakovla sövdələşmə baş verdi. Nəticədə Avakov daxili işlər naziri olaraq qaldı. M.Saakaşvili bildirib ki, ölkə prezidenti ona baş nazirin müavini və özünün "Solidarnost Partiyasına sədrliyi təklif edib: "Daha başqa vəzifələr də təkilf olunub. Tutaq ki, mən baş nazir oldum. Nə etməli idim? Yenə hansısa Qonçarenkonun arxasınca qaçıb, ondan nəsə istəməli idim? Parlamentdə belə qonçarenkolardan 400 nəfərdir.

Qeyd edək ki, Saakaşvilinin partiya yaradaraq, siyasi sistemin önəmli fiqurlarından birinə çevrilməsi çətin məsələdir. Çünki Ukrayna Ali Radasına düşmək üçün seçkidə müəyyən qədər səs faizi toplamaq lazımdır. Onun populyarlığı olsa da, partiya yaradaraq, sistemdə irəli getməsi asan məsələ deyil. Bir də ki, parlament seçkisində iştirak etmək üçün bir neçə il Ukraynada yaşamaq lazımdır. Yəni, Saakaşvilinin Ukrayna siyasətində zirvəyə çıxması sıradan məsələ deyil.

Maraqlıdır, Azərbaycan siyasiləri, politoloqları bu barədə nə düşünürlər? Bu və ya digər suallarımızı cavablandıran Azərbaycan siyasilər Saakaşvilinin siyasi karyerası ilə bağlı nikbin olsalar da, böyük uğura imza atacağına inanmırlar.

Əli Əliyev ile ilgili görsel sonucuVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Unikala açıqlamasında deyib ki, Saakaşvilinin Ukraynadakı fəaliyyəti ABŞ-ın keçmiş SSRİ siyasi coğrafiyasında proqramına uyğundur. Onun sözlərinə görə, Ukraynanın Rusiya caynağından qurtulmasında əvəzsiz dəstək vermiş ABŞ, islahatlar təcrübəsinə malik Saakaşvilini dəstəkləməkdədir: "Nəzərə almaq lazımdır ki, Gürcüstanda Saakaşvilinin təşkilatı ana müxalifət statusunda ölkənin 30%-dən çoxunun səsini alıb. İnanıram ki, Saakaşvili həm də Ukrayna siyasi həyatında öz yerini tutacaq. Hesablamalarıma görə, o, müvəffəq siyasi nəticəyə Ukraynada da sahiblənəcək.

ramil məmmədli ile ilgili görsel sonucuPolitoloq Ramil Məmmədli isə "Unikalın əməkdaşına deyib ki, Mixeil Saakaşvilinin Ukraynadakı ictimai-siyasi fəaliyyəti daha çox qarşıdurmalarla yadda qalıb. Onun sözlərinə görə, Gürcüstan prezidenti olduğu illərdə köklü islahatlar aparan Saakaşvili Ukraynada - rəhbərlik etdiyi Odessa bölgəsində də bu prosesi həyata keçirmək istədi. Lakin unutdu ki, Gürcüstanda o birinci şəxs, burada isə yalnız əyalət bölgəsinin rəhbəridir: "Nəticədə Ukrayna hökumətindəki səlahiyyətli şəxslərlə bəzi konfliktləri yarandı. Sonda isə tutduğu postdan istefa vermək məcburiyyətində qaldı. Hazırda isə Saakaşvili Ukraynada fəal siyasətlə məşğul olmaq istəyir. Deyərdim ki, artıq bu prosesə start verib. Bu işdə ona ABŞ-dakı dostları dayaq durur. Ukrayna prezidenti Petr Poroşenko və onun komandası da dəstəyi ABŞ-dan alır. Belə çıxır ki, ABŞ Ukrayna siyasətində ikili oyun oynayır. Saakaşvilini təzyiq vasitəsi kimi Ukraynada saxlamaqda da bir məqsəd var. Buna baxmayaraq, Saakaşvilinin bu oyunda uğur qazanması mümkün deyil. Lokal irəliləyişlərin əldə olunması isə uğur sayıla bilməz. Yəqin ki, Ali Radaya keçiriləcək növbəti seçkilərdə biz Saakaşvilini deputat kimi görə biləcəyik. Bu isə Mixeil Saakaşvili üçün ciddi naliyyət sayıla bilməz. Saakaşvilinin yaradacağı partiyanın elektoratı isə bütün Ukraynanı əhatə edə bilməz. Buna onun milli mənsubiyyəti imkan verməyəcək.

Z.Məmmədli