Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 23 banka satılıb.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.