"Son zamanlar media Vergilər Nazirliyində aparılan struktur və kadr dəyişikliklərinə böyük yer verir. Bunun səbəbləri ilə bağlı bəzən reallıqdan uzaq olan mülahizələr və fərziyyələr də irəli sürülür".

Nazirlikdən unikal.org-a verilən xəbərə görə, Vergi sistemi ölkəmizdə baş verən iqtisadi proseslərin əsas iştirakçılarından biridir və yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Nazirlikdə vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb
"Komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılması zəruri olan islahatlar həyata keçirilir. Bu islahatlarla bağlı Nazirlik həm strukturunu, həm də menecmentini təkmilləşdirir, mövcud kadr potensialının daha səmərəli şəkildə istifadə etməyə çalışır.
Bu məqsədlə kreativ düşüncəli, yüksək hazırlıqlı gənc kadrların müxtəlif rəhbər vəzifələrə irəli çəkilməsi ilə yanaşı, təcrübəli kadrların iş yerləri rotasiya qaydasında dəyişdirilir ki, bu da əsaslı islahatlar zamanı təbii bir prosesdir".