Dünən xalq təqvimi ilə boz ayın çərşənbələrindən ikincisi sayılan Od Çərşənbəsi Lənkəranda coşqu ilə qeyd edilib.
Unikal.org-a daxil olan məlumata görə, bayram tədbirində İcra başçısı Taleh Qaraşov, İcra Aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dəmiryolu vağzalı ərazisindəki meydanda keçirilən bayram şənliyində çərşənbə adətlərinə uyğun tonqal qalanın, keçəlin, kosanın məzəli səhnəcikləri göstərilib, aktyorların ifasında Novruz adətlərinə aid müxtəlif səhnəciklər nümayiş etdirilib.

Od Çərşənbəsi Lənkəranda qeyd olundu
Od Çərşənbəsi Lənkəranda qeyd olundu
Od Çərşənbəsi Lənkəranda qeyd olundu