Ümumrusiya Tacikistan əmək mühacirlərinin hərəkatının rəhbəri Karomat Şaripov rusiyalılara uşaqları dayəsiz tərbiyə etməyi məsləhət gördü.

Unikal.org xəbər verir ki, o, "Qovorit Moskva" radiostansiyasının efirində, bu yaxınlardaMoskvada dördyaşlı qızın dayəsi tərəfindən qətlə yetirilməsinişərh edərkən bildirib.

"Şərqdə belə şey yoxdur. Qadını götürüb uşağı etibar etmək. Qadın uşaq dünyaya gətirirsə, özü üçün gətirir, deməli, özü də tərbiyə etməlidir", - hərəkatın rəhbəri bəyan edib.

Şaripovun fikrincə, uşağın qətlinin səbələrindən biri mühacirlərin əməyinin lazımi tənzimlənməsinin olmamasıdır.

"Moskvada 99,9 faiz qeyri-qanuni miqrasiyadır. İstənilən adam evinizə gəlib, o əməli törədə bilər. Boşluqdur, hər şey açıqdır, - o deyib. – Bu gün əmək vizalarının tətbiqi hamı üçün əlverişli olardı. Mən insanı dəvət edirəm, o gəlir, mən onun üçün məsuliyyət daşıyıram".(oxu.az)