Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, mərasimdə internat məktəbi haqqında ətraflı məlumat verilib və bildirilib ki, internat məktəbdə 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib.