Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb.
Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq", - deyə baş bankir bildirib.