Qənirə Paşayeva ATİB-in toplantısında çıxış edib
Qənirə Paşayeva ATİB-in toplantısında çıxış edib

Gecədə Azərbaycan və türk sənətçiləri ilə yanaşı İraq-Türkman sənətçiləri də səhnə alıb.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi" bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkmanlarından ibarət nümayəndə heyətinin üzvləri Azərbaycan Türk İş Birliyinin (ATİB) düzənlədiyi ənənəvi axşam ziyafətinə qatılıblar.
Ziyafət Türkiyənin Azərbaycanda olan böyük elçisinin iş müddətinin başa çatması münasibətilə təşkil olunub. ATİB başqanı Cemal Yanqın ziyafətdə açılış nitqi söyləyərək, 300-ə yaxın türk iş adamının toplandığı bu ziyafətdə böyük elçilərin, millət vəkillərinin, mətbuat nümayəndələrinin, ziyalıların iştirak etdiyini qeyd edərkən İraq-Türkman ziyalılarının gecədə iştirakını xüsusi vurğulanıb.
ATİB başqanı Cemal Yanqın Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıca xatirə plaketi təqdim edib və sözü ona verib. Hulusi Kılıc Azərbaycandakı fəaliyyətindən, iş adamları ilə olan maraqlı görüşlərindən danışıb, burda olan dostlarını hər zaman xatırlayacağını və Azərbaycan sevgisini həmişə qəlbində yaşadacığını qeyd edib. Böyük elçi bu gecənin onun üçün xüsusi anlam daşıdığını vurğulayarkən, İraq-Türkmən nümayəndə heyətinin də bu gecədə iştirak etməsindən məmnun olduğunu bildirib.
Sonra səhnəyə ATİB qrupu dəvət olunur və gecənin ilk musiqisi səslənir. Ard-arda səslənən canlı ifalardan sonra millət vəkili Qənirə Paşayeva ürək sözlərini söyləməsi üçün səhnəyə dəvət olunur. Millət vəkili sözə bütün türkləri salamlamaqla başlayır: " Bu an ziyafətdə böyük türk elinin kiçik bir modelini görürəm. Həm Azərbaycan türklərinin, həm Türkiyə türklərin, həm də Kərkük türklərinin, Kıbrıs türklərinin də bulunduğu bu gecənin təşkilinə görə böyük elçimiz Hulusi Kılıca, ATİB başqanı Cemal Yanqına böyük təşəkkürlərimi bildirmək istəyirəm".
Gecədə Azərbaycan və türk sənətçiləri ilə yanaşı İraq-Türkman sənətçiləri də səhnə alıb. Təşkil olunmuş ziyafətdə bütün türk elinin böyük sevgi ilə dinlədiyi Azərin xanım da səhnədə öz yerini almış, ard-arda səsləndirdiyi musiqiləri ilə gecəyə damğasını vurub. Xüsusilə sözləri Q. Paşayevaya aid "Turanım" və böyük şair Əhməd Cavadın sözlərinə dahi bəstəkar Üzeyir Hacıbəyovun yazdığı "Çırpınırdı Qara dəniz" mahnısı gurultulu alqışlarla qarşılanıb.
İraq -Türkman nümayəndə heyətinin üzvlərindən tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlu səhnəyə dəvət alıb və ard-arda qonaqlar üçün vətən sevgisi ilə boyanmış şeirlərini səsləndirib. Həmçinin o, ATİB başqanı Cemal Yanqına xatirə plaketi, Türkmən bayrağı və bir sıra CD də təqdim edib. Söz alan Mustafa Ziya da burda bulunmaqdan məmnun olduğunu və hər zaman Azərbyacan-Turkiyə-İraq mədəni əlaqələrinin inkişafında əlindən gələn işləri görəcəyini söyləyib.