Pakistanın Sind əyalətinin Şikarpur şəhərində bayram namazı zamanı törədilən partlayış nəticəsində 10 nəfər, o cümlədən iki polis yaralanıb.

Unikal.org xəbər verir ki, polisin yaydığı məlumata görə, terrorçular iki nəfər olub. Onlardan biri özünü partladıb, ikincisi isə qaça bilib.

Şəhərdə baş verən ikinci terror aktının qarşısı isə alınıb. Belə ki, polislər şübhəli hesab etdikləri iki nəfəri qəbiristanlığa buraxmayıblar. Şübhəlilər qaçmağa cəhd ediblər. Polislər onların birini öldürüb, digəri isə yaxalanıb. Saxlanılan şəxslərin qəbiristanlıqda, insanların arasında özlərini partlatmaq istədikləri məlum olub.