Ermənistanda yeni baş nazir təyin olunub.

Unikal.org "news.am"-a istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan Karen Karapetyanın hökumət başçısı təyin olunması barədə sərəncam imzalayıb.

Yeni Nazirlər Kabineti baş nazir təyin olunduqdan sonrakı 20 gün ərzində formalaşacaq. Kabinetin üzvləri baş nazirin təklifi əsasında prezident tərəfindən təyin olunacaq.

Xatırladaq ki, keçmiş baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib. İstefanı qəbul edən Sarkisyan hökumətin buraxıldığını elan edib. Nazirlər Kabinetinə yeni tərkib formalaşana qədər fəaliyyətlərini davam etdirmək tapşırılıb.