Türkiyənin baş naziir Binəli Yıldırım Üsküdar Çevik Qüvvələr Tədris Korpusunda polislərlə birlikdə səhər yeməyi yeyib. 

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki,bir polisin xahişi ilə sevdiyi qızın ailəsinə zəng edən baş nazir xanımın ana və atasını evlilik üçün razı salıb.

Baş nazir daha əvvəl qızın özü ilə danışıb. Qızın ailəsindən "hə" cavabı alan Yıldırım daha sonra polisin anasına zəng edərək ona müjdə verib.

Binəli Yıldırım polisə toyda iştirak etməsi ilə bağlı da söz verib.