Çerkizov bazarının keçmiş sahibi, AST Şirkətlər Qrupunun təsisçisi, biznesmen Telman İsmayılovun müflisləşməsi haqda vətəndaş Boris Zubkovun təqdim etdiyi ərizə ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsində proses keçirilib.

Unikal.org xəbər verir ki, Ali Məhkəmə əvvəlki məhkəmə instansiyalarının qərarını qüvvədə saxlayıb. T.İsmayılovun kassasiya şikayəti rədd edilib.

Xatırladaq ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi Boris Zubkovun ərizəsi əsasında T.İsmayılovu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı.

Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq, müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.