Rusiya prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Unikal.org azertag-a istinadən bildirir ki, prezidentin təbrikində qeyd olunur ki, Qurban bayramı əsrlər boyu ölkənin müsəlman icmasının həyatında mühüm rol oynayıb, islamın əbədi dəyərlərinə, adət-ənənələrə hörmət aşılayır. 

Təbrik məktubunda vurğulanır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında yaxından iştirak edir, gənc nəslin tərbiyəsinə, dinlərarası və millətlərarası dialoqun inkişafına töhfə verir.