ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton 11 sentyabr terror aktı qurbanlarının xatirəsini anma mərasimini səhhətindəki problem səbəbindən təcili tərk edəndən iki saat sonra camaatın arasında peyda olub. 

Unikal.org Modern-ə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları mərasimdən onu demək olar əllərinin üstündə avtomobilə aparıblar.


Sonradan o, özü hərəkət edərək gülümsəyib, ətrafdakıları əli ilə salamlayıb.


"Sağ olun, bu gün əla gündür, məndə hər şey qaydasındadır. Xeyli yaxşıyam, sağ olun, - Klinton başına yığışan jurnalistlərə deyib.


Həmin an ona tərəf qaçan balaca qızla prezidentliyə namizəd şəkil çəkdirib. Bir dəqiqə sonra avtomobilə oturaraq qızının evinə gedib.


ABŞ prezidentliyinə namizədin mətbuat katibi Nik Merril Hillari Klitonun mərasimdə yüksək hərarətə görə səhhətinin qəflətən pisləşdiyini bildirib.