Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd, ölkənin sabiq dövlət katibi Hillari Klintonun halı bu gün qəflətən pisləşib. O, 2011-ci ildəki 11 sentyabr teraktlarının anımına həsr olunan və Nyu-Yorkda keçirilən mərasimdə səndərləyib.

Unikal.org-a istinadən bildirir ki, Manhettendəki anım mitinqində Hillari Klinton huşunu itirib. O, özünə gələndən sonra mühafizəçilərinin yardımları ilə maşınına aparılıb.

Az sonra rəsmi açıqlamada bildirilib: "Hillari Klinton büdrəyib və yıxılmaq ərəfəsində olub. Maşına doğru aparılanda ayaqqabısının bir tayını itirib, amma o, huşunu itirməyib".

H.Klintonun harada olması və onun özünü necə hiss etməsi barədə heç bir rəsmi məlumat verilmir.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. 

Klintonun halı qəflətən pisləşdi, ayaqqabısını itirdi - FOTO

Klintonun halı qəflətən pisləşdi, ayaqqabısını itirdi - FOTO

Klintonun halı qəflətən pisləşdi, ayaqqabısını itirdi - FOTO