Belarusda seçkilər mütəşəkkil və sakit keçir.

Unikal.org AZƏTAC-a istinadən bildirir ki, bunu sentyabrın 11-də jurnalistlərə MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi, MDB-nin müşahidəçi missiyasının rəhbəri Sergey Lebedev bildirib.

S.Lebedev deyib: "Təəssüratlar müsbətdir. Sakit, yaxşı təşkil olunan seçki kampaniyası gedir. Məntəqələrin əksəriyyətində bayram ab-havası hökm sürür, hava da yaxşıdır. Əmin olduq ki, insanlar seçki məntəqələrinə yaxşı əhval-ruhiyyədə gedir".

Birliyin Parlamentlərarası Assambleyasının missiyası MDB-nin bütün ölkələrinə erkən səsverməni tətbiq etməni tövsiyə edəcək. Bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçi Nurullo Okilzoda bildirib. O deyib: "Belarusda seçicinin erkən səsvermə hüququ var. Bu çox rahatdır. Missiyamız bu normanın qanunvericiliyə əlavə olunmasını MDB Parlamentlərarası Assambleryası üzvü olan bütün ölkələrə tövsiyə edəcək. Çünki seçki günü heç də hamının səsvermə imkanı olmur".

Belarusda parlament seçkiləri baş tutmuş sayılır. MSK-nın məlumatına görə, yerli vaxtla saat 14.00-dək seçici fəallığı 52.49 faiz təşkil edib.