Topaz Premyer Liqada IV turun oyunları davam edir. 

Unikal.org Qol.az-a istinadən xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Mövsümə uğursuz başlayan "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. "Əlincə Arenada keçirilən qarşılaşmada "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.

Bununla da "Neftçi" SSRİ və Azərbaycan çempionatı tarixində ən böyük hesablı məğlubiyyətini yaşayıb.
Bundan əvvəl "Neftçi" cəmi 1 dəfə bu hesabla uduzub. Bu, UEFA kubokunda Polşanın "Vidzev" klubu ilə görüşdə baş verib.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək