Sudanda iki avtobusun toqquşması nəticəsində azı 27 nəfər həlak olub, 40-a yaxın insan xəsarət alıb. Bu barədə Sudanın As-Sayha qəzeti məlumat yayıb.

Unikal.org APA-ya istinadən bildirir ki, qəza Xartum və Əl-Faşer şəhərləri arasındakı şosedə avtobuslardan birinin digərinin yoluna çıxması nəticəsində baş verib.

Xəstəxanaya çatdırılanlar arasında ağır yaralılar olduğuna görə həkimlər ölənlərin sayının arta biləcəyini qeyd ediblər.