Krasnodar cərrahları nadir əməliyyatlardan birini həyata keçirməklə 20 yaşlı Dilmroda həyat sevinci bəxş ediblər.

Unikal.org ölkə.az-a istinadən bildirir ki, 5 aylıq olanda dəhşətli yanıq yarası alaraq üzü eybəcər hala düşən gənc oğlan 20 il özündən utanaraq yaşamağa məcbur olmuşdu.

Rusiya telekanallarının biri ilə canlı yayıma çıxdıqdan sonra Kuban həkimləri onu müayinəyə dəvət ediblər.

Dilmroda kliniki ölüm keçirmiş xəstənin üzü bütöv olaraq köçürülüb. Hələlik yara izləri bilinsə də, həkimlər zamanla yeni üzün orqanizmə uyğunlaşacağını və daha yaxşı hal alacağını deyirlər.

Həkimlərin sözlərinə görə, bütöv üzköçürmə əməliyyatı üzündə amputasiya həyata keçirilməmiş xəstələrdə mümkündür.

Rusiya üz köçürülməsi əməliyyatını həyata keçirmiş 8-ci ölkədir.