Cərşənbə axşamı İspaniyanın Leon əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, bu barədə yerli EFE agentliyi məlumat yayıb.

İnsident Bakı vaxtı ilə 18:12-də baş verib. Təyyarə Vilyanuyeva-del-Kondado şəhərciyi yaxınlığındakı sahəyə düşüb.

Hadisə yerinə dərhal xilasetmə xidmətinin əməkdaşları cəlb olunub, lakin təyyarənin hər iki sərnişini həyatını artıq itirmiş olub.

Qəzanın səbəbləri hələlik bilinmir.