"Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş və hasilat kvotalarının ədalətli bölüşdürülməsinə əsaslanmış istənilən addımı dəstəkləyir.

Unikal.org APA-ya istinadən xəbər verir ki,bunu İran prezidenti Həsən Ruhani OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdə bildirib.

Barkindo, öz növbəsində, İranın OPEK-dəki rolunu yüksək qiymətləndirib və OPEK-ə üzv olan ölkələrin əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Tərəflər həmçinin neft hasilatının "dondurulması" məsələsini müzakirə ediblər.

Qeyd edək ki, sentyabrın 26-dan 28-dək Əlcəzairdə XV beynəlxalq enerji forumunun keçirilməsi nəzərdə tutulub. Forum çərçivəsində neft hasilatının "dondurulması"na dair danışıqlarının bərpa olunacağı gözlənilir. Xatırladaq ki, bu ilin yazında analoji danışıqlar OPEK daxilindəki fikir ayrılığı səbəbindən uğursuz olub.