T

ürkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 14-cü günündə 2 əsgər şəhid olub.

Unikal.org-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, 5 əsgər xəsarət alıb.

Hadisə barədə geniş məlumat yoxdur.

Xatırladaq ki, Türkiyə "Fərat qalxanı" adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 10-dan çox kəndi terrorçulardan azad edib.