Türkiyədə tanınmış psixoloq İsmayıl Loyan FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində haqqında saxlanılma qərarı verilən keçmiş futbolçu Hakan Şükürü məhkəməyə verib.

Unikal.org Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, psixoloq Hakan Şükürün onu Tvitter-də təhqir etdiyini irəli sürərək eks-futbolçuya qarşı dava açıb. Anadolu Cumhuriyyət Baş Prokurorluğunun hazırladığı iddianamadə bildirilir ki, Loyan 2015-ci il noyabrın 24-də H.Şükürün Tvitter-də M. K. Atatürklə bağlı tvitinə şərh yazıb. Qarşı tərəf isə ona şərəf və ləyaqətini təhqir edən mesaj göndərib.

Dava açılandan sonra keçmiş futbolçunu dindirmək üçün ona məxsus bütün ünvanlarda axtarışlar aparılsa da otapılmayıb.

H.Şükürün "Səsli, yazılı və ya görüntülü mesajla təhqir" cinayət əməlinə görə 3 aydan 2 il 4 ay müddətinə qədər həbs olunması tələbiylə dava açılıb.